Bank Olmayan Kredit Təşkilatları (BOKT) yeni dövrə hazırlaşmalıdır.
Əhaliyə baha kredit təklif edən BOKT-ların – SİYAHISI - ARAŞDIRMA
FED.az xəbər verir ki, bunu “Azərbaycan Kredit Bürosu”nun icraçı direktoru Elçin Həbibov Bakıda keçirilən "Dayanıqlı Mikromaliyyə üçün İnnovativ Həllər" mövzusunda Azərbaycan Mikromaliyyə Konfransında bildirib.
Onun sözlərinə görə, BOKT-ların banklar qədər geniş imkanları olmasa da, öz baxışları və yanaşmaları var: “Uzun illər ərzində mikromaliyyə sahəsində topladıqları təcrübə bu təşkilatların əsas güclü tərəflərindən biridir və onlar bu təcrübədən istifadə edə bilərlər. Ölkədə bir neçə BOKT müəyyən məhsullar üzrə banklarla rəqabət aparır və bu sahədə tələbat mövcuddur".
E.Həbibov qeyd edib ki, BOKT-lar yeni dövrə hazırlaşmalı, həm investisiya, informasiya texnologiyaları, audit və digər sahələrdə inkişaf etməlidirlər: “Bu, o deməkdir ki, biz qabaqcıl Qərb ölkələrinin təcrübəsinə uyğun irəliləyirik. Burada iki model mövcuddur: BOKT-ların gələcək inkişafı ya məhdud bank kimi fəaliyyət göstərmək, ya da hazırkı formada davam etməkdir. Göründüyü kimi, biz məhdud bank olmaq istiqamətində irəliləyirik". (Report)