“Ekolizinq” MMC 2017-ci ili 308 min manat xalis mənfəətlə başa vurub.
FED.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2016 cı ilə nisbətən 24,2% çoxdur.
Ötən il “Ekolizinq”in faiz gəlirləri 541 min manat, faiz xərcləri 215 min manat, qeyri-faiz gəlirləri 257 min manat, qeyri-faiz xərcləri 193 min manat, mənfəət vergisi ödəmələri isə 81 min manat təşkil edib.
Bu il yanvarın 1-nə “Ekolizinq”in aktivləri 4,736 milyon manat olub ki, bu da illik müqayisədə 2 dəfə çoxdur. Bunun 4,459 milyon manatı maliyyə lizinqi üzrə investisiyalardır. 2017-ci ildə şirkətin lizinq portfeli 2,1 dəfə böyüyüb.
Hesabat dövründə “Ekolizinq”in öhdəlikləri 2,2 dəfə artaraq 3,806 milyon manata, balans kapitalı isə 49,5% artaraq 930 min manata çatıb.