Azərbaycanda dövlətə məxsus olan bank olmayan kredit təşkilatı “AqrarKredit” QSC-nin nizamnamə kapiatalı kəskin artırılıb.
ABB-nin kapitalında Maliyyə Nazirliyinin payı - 92,56%-DƏK ARTIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, BOKT-nin nizamnamə kapitalı 22 669 491 manatdan 45 338 982 manata qaldırılıb.
Bu da son əməliyyatda onun nizamnamə kapitalının iki qat artımı deməkdir.
BOKT-un səhmlərinin 100%-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinindi.
“AqrarKredit” BOKT 2021-ci ildə 1.19 milyon manat (2020: 0.87 mln. manat) xalis mənfəət əldə edib ki, bu da 2022-ci ilin 1 yanvarında 2.77 mln. manat bölüşdürülməmiş xalis mənfəət deməkdir.
Xatırladaq ki, 1987-ci ildə Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar Sənaye Bankı 22 oktyabr 1987-ci ildə keçmiş SSRi Aqrar Sənaye Bankının Azərbaycan Respublikası Bankı kimi yaradılmışdır.
Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar Sənaye Bankı 1988-ci il yanvar ayının 1-dən fəaaliyyətə başlamışdır.
1992-ci il oktyabr ayının 26-dan Azərbaycan Respublikası Səhmdar Kommersiya Bankı kimi təsis edilmiş və 2001-ci ilədək Azərbaycan Respublikası Səhmdar Kommersiya Aqrar Sənaye Bankı kimi fəaliyyət göstərmişdir.
Azərbaycan Respublikasında aparılmış bank islahatlarına uyğun olaraq aprel 2001-ci il tarixdən təşkilati hüquqi forması saxlanılmaqla «Aqrarkredit» Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı adı altında fəaliyyət göstərir.