"Neo Bank Olmayan Kredit Təşkilatı (BOKT)" ASC əlavə səhm buraxmaqla nizamnamə kapitalını artırır.
FED.az xəbər verir ki, açıqlanan məlumatlara əsasən şirkət hər birinin nominal dəyəri 3 710 manat olan 270 ədəd səhm buraxmaqla nizamnamə kapitalını 1 milyon manat artıracaq.
Hazırda "Neo BOKT”-un nizamnamə kapitalı 371 min manat təşkil edir. Artımdan sonra isə bu rəqəm 1 milyon 371 min manata yüksələcək. Açıqlamaya əsasən, indi BOKT-un 2 sahibi var. Bunlar Rəşad Səlimov Mais oğlu (148 səhm və ya ümumi səhmlərin 40%) və Elson Aydımov İfit oğludur (222 səhm və ya ümumi səhmlərin 60%).
Kapital artımından sonra "Neo BOKT” ASC-nin kapitalı indiki 28 min manatdan 1 milyon 28 min manat yüksəlməlidir. Hesabatdan aydın olur ki, "Neo BOKT” budəfəki kapital artımı ilə hazırki iqtisadi vəziyyətini dəyişmək, yenidən dirçəlmək istəyir.
Məsələ bundadır ki, 330 min manat nizamnamə kaiitalı ilə yaradılan şirkətin NK-i sonradan 371 min manata qaldırılıb. Sonradan səhmdarlar buraya əlavə olaraq 1 milyon 376 min manat kapital yatırıblar.
Bu pulun 824 min manatını Elson Aydınov, 549 manatını isə Rəşad Səlimov yatırıb.
Amma son 3 ildə (2023-2024-2025) edilmiş böyük zərərlər hesabına bu kapital 28 min manata qədər «əriyib». İndiki vəziyyət Mərkəzi Bankın BOKT-lar üçün cəmi kapital tələblərinə cavab vermir, ona görə də kapitalın artırılması BOKT-un müəyyən mənada məcburidir.
Son 3 ildə "Neo BOKT”-un kapitalı ilə yanaşı, aktivləri və kredit portfeli də sürətlə azalıb. 2023-cü ildə 322 min manat olan aktivlər, 2024-cü ildə 132 min manata, 2025-ci ildə 31 min manata enib. Kreditlər 2023-cü ildə 177 min manat olduğu halda, 2024-cü ildə 40 min manata, 2025-ci ilin sonunda 28 min manata düşüb. Şirkətin 3 il əvvəl olan 137 min manatlıq əmlak və avadanlıqları da indi qalmayıb. Yeganə müsbət cəhət – BOKT-un borcunun, öhdəliklərinin olmamasıdır.
Belə bir vəziyyətdə səhmdarların BOKT-a 1 milyon manat yatırmaları "Neo BOKT”la bağlı dirçəlmə planlarından xəbər verir.
Hələlik BOKT-un fəaliyyəti o qədər də böyük deyil – rəsmi məlumata görə, son 3 ildə şirkətin faiz gəlirləri ümumilikdə 81 min manat olub. Belə ki, şirkətin faiz gəlirləri 2023-cü ildə 24 min manat, 2024-də 30,7 min manat, 2025-ci ildə isə 26,3 min manat olub.
Şirkətin ümumi və inzibati xərcləri isə 2023-cü ildə 163 min manat, 2024-də 116 min manat, 2025-ci ildə isə 117 min manat təşkil edib.
"Neo BOKT” son 3 ildə ümumilikdə 120 min manata yaxın zərər edib. Bunun 38 min manataı 2023-cü ildə, 80 min manatı 2025-ci ildə olub. 2024-də 22 manat məbləğində simvolik mənfəət olub.
İndiki səhm buraxılışının detallarına gəlincə, emissiyanın anderrayteri ölkənin aparıcı investisiya şirkətlərindən olan «Troni İnvestisiya şirkəti» QSC-dir.
Böyük ehtimalla, yeni buraxılan səhmləri "Neo BOKT”-un mövcud səhmdarları - pay bölgüsünü gözləməklə özləri alacaqlar. Yəni buraxılışdan sonra da Rəşad Səlimov səhmlərin 40%-nə, Elson Aydımov isə 60%-nə sahib olacaqlar.
Əgər indiki səhmdarlar, səhm buraxılışında iştirak etməsələr və səhmləri kənar investorlar alsalar, indiki səhmdarlardan Rəşad Səlimovun payı 23%-ə, Elson Aydımovun payı isə 35%-ə enəcək.








![Dirçəlişə hazırlaşan "Neo BOKT» - [red]1 milyon manatlıq səhm buraxır - DETALLAR[/red] | FED.az](/upload/news/small/2297249.jpg)
![Dirçəlişə hazırlaşan "Neo BOKT» - [red]1 milyon manatlıq səhm buraxır - DETALLAR[/red] | FED.az](/upload/news/small/2261584.png)
![Dirçəlişə hazırlaşan "Neo BOKT» - [red]1 milyon manatlıq səhm buraxır - DETALLAR[/red] | FED.az](/upload/news/small/2015377.png)
![Dirçəlişə hazırlaşan "Neo BOKT» - [red]1 milyon manatlıq səhm buraxır - DETALLAR[/red] | FED.az](/upload/news/small/4669346.png)







