“Finca Azərbaycan” BOKT ( bank olmayan kredit təşkilatı) 2017-ci il üçün maliyyə nəticələrini açıqlayıb.
ELƏCƏ DƏ BAX: Azərbaycanda BOKT-ların cəmi aktivləri üzrə - RENKİNQİ
FED.az BOKT-un “Mənfəət və Zərər” haqqında hesabat əsasən xəbər verir ki, BOKT-un hesabat dövrü ərzində faiz gəlirləri 4 mln 95 min dollar, faiz xərcləri isə 2 mln 917 min dollar təşkil edib. Hesabaat dövrü ərzində müştərilərə verilmiş kreditlər üzrə dəyərsizləşmə zərəri 895 min olub.
Xatırladaq ki, bu göstərici 2016-cı ildə 29 mln 230 min dollar təşkil edib. Sonda hesabat dövründə xalis faiz gəlirləri 283 min dollar olub. 2016-cı ildə isə xalis faiz zərəri 20 496 min dollar təşkil edib ki, bunun da səbəbi müştərilərə verilmiş kreditlər üzrə dəyərsizləşmə zərərinin çox olması olub.
BOKT-un inzibati və digər əməliyyat xərcləri 7 mln 496 min dollar, kreditorlardan alınmış güzəştlər üzrə gəlir 17 mln 401 min dollar olub. Sonda xalis qeyri-faiz gəlirləri 2017-ci ildə ötən ilə nisbətən 85 dəfə artaraq 9 mln 764 min dollara çatıb.
Hesabat dövründə BOKT-un xalis mənfəəti 6 mln 552 min dollar olub. Xatırladaq ki, BOKT 2016-cı ili 24 mln 500 min dollar zərərlə başa vurmuşdu.
FED.az “FİNCA AZƏRBAYCAN” BOKT-un “Balans” hesabatına istinadən bildirir ki, hesabat dövründə BOKT-un cəmi aktivləri ötən ilə nisbətən 6 dəfə azalaraq 8 mln 203 min dollara enib, cəmi zərəri də 13 dəfə azalaraq 481 min dollara enib.
Hesabat dövründə kredit portfeli ötən ilə nəzərən 9 dəfə azalaraq 3 mln 320 min dollara enib
Devalvasiya “vurmuşdu”, indi özünə gəlir - HESABAT
19:33
12 Noy 2018