Azərbaycanda deputat Məşhur Məmmədovun (01.01.2021) payı olduğu bank olmayan kredit təşkilatının idarə heyətində iki şəxs vəzifəsindən istefa verir.
Eləcə də bax: AMB-nin yeni lisenziya verdiyi - BOKT-un RƏHBƏRİ DƏYİŞDİ
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Elnur Kazımov Nəcəf oğlu və İlkin Vəliyev Süleyman oğlu “Bank Olmayan Kredit Təşkilatı Embafinans” QSC-nin İdarə Heyətindən uzaqlaşdırılıblar. Bununla da BOKT-nin İdarə Heyətinin üzvləri bir sədr və iki üzvdən ibarət olacaqdır.
Elnur Kazımovun (Baş maliyyə meneceri) səlahiyyətləri belə idi:
- Təşkilatın Mühasibat uçotu və hesabatlıq sistemini beynəlxalq standartlara uyğun təşkil edir və hesabatlığın şəffaf şəkildə tərtibini təmin edir;
- Maliyyə planı və büdcə planını hazırlayır və icrasına nəzarət edir;
- Maliyyə təhlilini təşkil edir;
- Təşkilatın mənfəətlik və likvidlik mövqeyini nəzarətdə saxlayır və s.
İlkin Vəliyevin (Problemli kreditlərin idarəedilməsi şöbəsinin müdiri) səlahiyyətləri bu idi:
- Təşkilartın gecikmiş
kreditlərinin mərhələli
şəkildə idarə olunmasını
təşkil edir; - Problemli kredit
müştəriləri ilə məhkəmə
işlərini nəzarətdə saxlayır və s.
Kollegial idarəetmə formasında olan BOKT-lərdə idarə heyəti təşkiların idarəedici orqanıdır.
“Embafinans” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır. BOKT-nin nizamnamə kapitalında Elşad Abbasovun payı 51%-ə, Milli Məclisin VI çağırış deputatı Məşhur Məmmədov 35% və Tamara Polyakova 14% payı var. Xanım səhmdar bu BOKT-a yenidir. Belə ki, deputat və iş adamları paylarını T.Polyakovaya ötən il satmışdılar.