Azərbaycanın aparıcı qeyri-bank maliyyə təşkilatlarından olan «City Finance BOKT» MMC 2025-ci ili ciddi inkişaf və maliyyə göstəriciləri ilə başa vurub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən il «City Finance BOKT»un gəlirləri və mənfəəti kəskin artıb, aktivləri böyüyüb. Eyni zamanda şirkət kapitalını artırmaqla maliyyə vəziyyətini və maliyyə sektorundakı mövqeyini bir qədər də mövkəmləndirib.
2025-ci ildə «City Finance BOKT»ın əsas gəlir mənbəyi - kredit portfelindən daxil olan faiz gəlirləri 9 milyon 143 min manata yüksəlib. Bu əvvəlki ilə nisbətən təqribən 2 milyon manat və ya təqribən 27% artıqdır.
Bu dövrdə şirkətin faiz xərcləri də 700 min manat və ya təqribən 2 dəfə artaraq 1 milyon 327 min manata yüksəlib. Nəticədə BOKT-un xalis faiz gəliri 7,8 milyon manata yükəlib (2024-də 6,5 milyon manat idi).
2025-ci ildə «City Finance BOKT»un kredit portfelinin keyfiyyəti yüksəlib. Bu da şirkətə gözlənilən kredit zərərləri üzrə yaratdığı ehtiyatları 3 dəfə azaldaraq 517 min manatdan 169 min manata endirməyə imkan verib.
Fəaliyyətini genişləndirməsi «City Finance BOKT»un xərcləriə də təsir edərək onları artırıb. Belə ki, şirkətin inzibati xərcləri 2024-dəki 2,6 milyon maatdan 3,4 milyon manatə yüksəlib. Haqq və komissiya xərcləri isə təqribən 40% artaraq 248 min manatdan 351 min manata yüksəlib.
Nəticədə «City Finance BOKT»un vergidən əvvəlki mənfəəti 800 min manat artaraq 3 milyon 963 min manata yüksəlib.
Bu məbləğin 840 min manata mənfəət vergisi kimi ödənilşib, nəticədə şirkət 2025-ci ili 3 milyon 124 min manat xalis mənfəətlə tamamlayıb. Bu, 2024-cü illə müqayisədə 560 min manat və ya 22% artıqdır.
«City Finance BOKT» bu artıma şirkətin ümumi, o cümlədən kredit portfelinin sürətli böyüməsi ilə nail olub.
Belə ki, 2025-ci ildə «City Finance BOKT»un aktivləri 11,3 milyon manat və ya 37% artaraq 42 milyon manata çatıb. Aktivlərin böyük hissəsi – 39,6 milyon manat kreit portfelinin payına düşüb. Son bir ildə kredit portfeli 10 milyon manat böyüyüb.
«City Finance BOKT»un kredit portfeli əsasən istehlak kreditlərindən (23,2 milyon manat) və lizinqlərdən (16,8 milyon manat) formalaşıb. Şirkət korporativ kreditlər də ayırır, amma onların payı azdır (1,6 milyon manat) və ildən ilə azalmaqdadır. 2025-ci ildə BOKT-un pul vəsaitləri isə 3 dəfə artaraq 1 milyon manata yaxınlaşıb.
Bu dövrdə «City Finance BOKT»un öhdəlikləri də sürətli artıb. Öhdəliklərin məbləği 15,4 milyon manatdan 23,5 milyon manata yüksəlib ki, bu 8 milyon manat və ya 50%-dən çox artım deməkdir.
Şirkətin öhdəlikləri bir neçə istiqamətdədir – borc qiymətli kağızları (təqribən 2 milyon manat), əlaqəli tərəflərdən alınmış borclar (6 milyon manat) və müddətli borc öhdəlikləri 14,3 milyon manat.
Əvvəlki illə müqayisədə şirkətin kənardan alınan borcları 8 milyon manata yaxın artıb, istiqraz və əlaqəli tərəflərlə olan borcları isə bir qədər azalıb.
«City Finance BOKT» ənənəvi olaraq mənfəətini kapitala yönəltməklə mövqeyini gücləndirməyə üstünlük verir. 2025-c ildə şirkətin cəmi kapitalı 3 milyon manat artaraq 18,3 milyon manatı keçib. Bunun böyük hissəsi – 13,3 milyon manatı bölüşdürümməmiş mənfəətin payına düşür. Ötən il isə bu məbləğ 10 milyon manat idi.
Fəaliyyətini genişləndrməsi nəticəsində «City Finance BOKT»un işçi sayı 76-dan 90-a yüksəlib, əmək haqqı xərcləri isə 500 min manat artaraq 1,8 milyon manata çatıb.
Xatırladaq ki, «City Finance BOKT»un təsisçiləri "AQA Şirkətlər Qrupu" QSC (72,5%) və Habib Zadeh Mohammad Reza Parvizdir (27,5%).
«City Finance BOKT» MMC 2025-ci il üzrə - İLLİK AUDİT HESABATI








![«City Finance BOKT» sürətlə böyüyür, mənfəəti artıb -[red] HESABAT[/red] | FED.az](upload/news/small/357580.png)
![«City Finance BOKT» sürətlə böyüyür, mənfəəti artıb -[red] HESABAT[/red] | FED.az](upload/news/small/4041605.png)
![«City Finance BOKT» sürətlə böyüyür, mənfəəti artıb -[red] HESABAT[/red] | FED.az](upload/news/small/1214840.png)
![«City Finance BOKT» sürətlə böyüyür, mənfəəti artıb -[red] HESABAT[/red] | FED.az](upload/news/small/4164308.png)








