Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankının qərarı ilə Bank Olmayan Kredit təşkilatlarının nizamnamə kapitalına qoyulan tələblər dəyişdirilib. İndiyədək bu fəaliyyət üçün 300 min manat kapital kifayət etdiyi halda, AMB-nin qərarı ilə artıq bu məbləğ 1 milyon manata qaldırılıb.
BOKT-lara 3 ay vaxt verilib - MÜSAHİBƏ
FED.az xəbər verir ki, hazırda ölkədə fəaliyyət göstərən 54 BOKT-un yarıdan çoxunun – 28 BOKT-un nizamnamə kapitalı 1 milyon manatdan aşağıdır. 15 BOKT-da bu məbləğ ümumiyyətlə 300 min manat ətrafındadır (2023-cü ilin sonuna).
Bir qədər əvvəl Azərbaycan Mərkəzi Bankı elan edib ki, fəaliyyətdə olan BOKT-ların öz kapitallarını bu tələbə uyğunlaşdırması üçün onlara 3 ay vaxt verilib. AMB-nin söz gedən qərarının noyabr ayında verdiyini nəzərə aldıqda, bu müddətin 1 ayı artıq arxada qalıb. Başqa sözlə, BOKT-lar fəaliyyətlərini davam etdirmək üçün kapitallarını 1 milyon manata çatdırmalıdır.
FED.az xəbər verir ki, BOKT-lar bunu bir neçə formada edə bilərlər – birləşmə, kənar investor cəlb etmə və ya mövcud səhmdarların investisiyalarını artırmaq üsulu ilə. İstənilən halda bu qərar bazarın bir qədər çeşidlənməsinə və bəzi oyunçuların kredit bazarını tərk etməsinə səbəb olacaq.
FED.az hazırda nizamnamə kapitalı 1 milyon manatdan az olan, yəni təcili şəkildə kapitalını artırmalı olan BOKT-ların siyahısını təqdim edir.
S/n |
BOKT-LAR |
Nizamnamə kapitalı, AZN (2023-ün sonu) |
1 |
BOKT "Avrasiya-kredit" MMC |
1 000 |
2 |
“MCB BOKT" QSC |
4 284 |
3 |
“SF Azerbaijan” BOKT MMC |
300 000 |
4 |
“FNC BOKT" QSC |
300 000 |
5 |
BOKT "AZPUL" MMC |
300 000 |
6 |
BOKT “Caspian İnvest” MMC |
300 000 |
7 |
“FİNKAPİTAL BOKT" MMC |
300 000 |
8 |
BOKT "KREDEX" QSC |
300 000 |
9 |
BOKT “İnkişaf üçün Maliyyə” MMC |
300 000 |
10 |
BOKT “AZKREDİT” ASC |
300 000 |
11 |
BOKT "AzFinans" MMC |
300 000 |
12 |
BOKT "Finans Kredit" MMC |
300 000 |
13 |
"MJ Finansial Services BOKT" ASC |
300 000 |
14 |
BOKT “Azəri Star Mikromaliyyə” MMC |
305 000 |
15 |
“AZİNVESTKREDİT BOKT” MMC |
307 000 |
16 |
“İcraçı Kredit Agentliyi” MMC BOKT |
324 000 |
17 |
BOKT “Finans-İnvest” MMC |
330 000 |
18 |
“ASET Maliyyə Texnologiyaları” BOKT |
400 000 |
19 |
“PREMİER KREDİT BOKT” MMC |
400 000 |
20 |
“TCF” BOKT ASC |
450 000 |
21 |
“KredAqro” BOKT MMC |
452 000 |
22 |
“REGİONAL” BOKT MMC |
500 000 |
23 |
“FinTrend” BOKT MMC |
525 000 |
24 |
BOKT “Qafqaz- Kredit” MMC |
592 000 |
25 |
BOKT “İDEAL KREDİT” MMC |
647 000 |
26 |
BOKT “Viator Mikro Kredit Azərbaycan” |
694 000 |
27 |
“BOKT İDK” MMC |
722 000 |
28 |
“Merkuri BOKT” QSC |
823 000 |