“Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin nizamnamə kapitalı 4.9% artırılıb.
Eləcə də bax: BOKT “International” mənfəət - AÇIQLADI
FED.az Banker.az-a istinadən xəbər verir ki, Tural Məmmədov adlı şəxsə məxsus olan kredit təşkilatının nizamnamə kapitalı son əməliyyatda 100 000 manat artımla 2 154 000 manata yüksəlib.
Tural Məmmədov 2020-ci ildə “Azərbaycan Mikro-Kredit” BOKT-un nizamnamə kapitalından 600 000 manatlıq hissəsini geri çəkməklə kapitalın həcmini 2 054 000 manata qədər azaldılmışdı.
Qeyd edək ki, BOKT 2020-ci il üzrə rəsmi açıqlamasında 510 000 manatlıq zərər etdiyini açıqlamışdı. 2021-ci il üzrə isə hələlik nəticələr açıqlanmır.