BOKT "İnternational" QSC 2021-ci ili 410 min 553 manat xalis mənfəət ilə başa vurub. Halbuki, təşkilat 2020-ci ili 201 min 902 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə BOKT "İnternational"ın xalis mənfəəti 2 dəfədən çox artıb.
Eləcə də bax: “İcraçı Kredit Agentliyi” kredit bazarında - GERİLƏYİB
GƏLİRLƏRİ ARTIB
FED.az kredit təşkilatının maliyyə hesabatlarına istinadən xəbər verir ki, BOKT "İnternational" QSC-nin 2020-ci ildə faiz gəlirləri 6 milyon 478 min manat ikən, 2021-ci ildə 8 milyon 165 min manat təşkil edib (1 milyon 687 min manat və ya 26% artıb). Təşkilatın haqq və komissiya gəlirləri isə 2020-ci ildəki 141 min manatdan 2021-ci ildə 198 min manata yüksəlib.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
BOKT "İnternational" QSC-nin kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2020-ci illə müqayisədə 2021-ci ildə 5 milyon 348 min manat və ya 43,1% artaraq 17 milyon 752 min manata çatıb.
Bank Olmayan Kredit Təşkilatı "İnternational" Qapalı Səhmdar Cəmiyyəti 21.05.2013-ci il tarixində BKT - 12 saylı lisenziyaların mərkəzi reyestrinə daxil edilmişdir. Təşkilat təminatlı və təminatsız kreditlərin verilməsi, habelə “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə məşgul olur.
BOKT "İnternational" QSC 100% payla səhmdarı Həsənov Rifat Vaqif oğludur. (Marja)