"Bank olmayan kredit təşkilatları (BOKT) tərəfindən qiymətli kağızların, xüsusilə istiqrazların buraxılışı da iki dəfəyə yaxın artaraq 100 milyon manata yaxınlaşıb".
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının Bank olmayan kredit təşkilatlarına nəzarət departamentinin direktoru Xəyyam İsmayılov Bakıda keçirilən 12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf Konfransında deyib.
Onun sözlərinə görə, bu, müəyyən edilmiş tələblərin və həyata keçirilmiş tədbirlərin nəticəsi olaraq vətəndaşların və investorların bank olmayan kredit təşkilatlarına etimadını göstərir:
"Belə ki, açıqlanan maliyyə göstəriciləri investorların istiqrazların alınmasına maraq göstərdiyini təsdiqləyir.
Bildirmək istəyirəm ki, bu məlumatlar sentyabrın 30-na olan göstəriciləri əhatə edir. Lakin oktyabrın 1-dən etibarən daxil olan müraciətlərdən də görürük ki, ilin sonuna bu rəqəm əhəmiyyətli dərəcədə arta bilər".
"Bank olmayan kredit təşkilatları (BOKT) sektorun öhdəliklərin həcmi son 2 ildə 65% artıb", - deyə o, bildirib.














