Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarında işçilərin sayı açıqlanıb.
Eləcə də bax: BOKT-ların kredit portfeli son bir ildə 8% artıb, xalis mənfəəti 29% azalıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın açıqladığı statistik göstəriciləri deyir.
Cari ilin sentyabr ayının 30-na BOKT-ların işçilərinin sayı 2 235 nəfər olub. İyun ayında isə işçilərin sayı 2 124 nəfər təşkil edib ki, bu da 3 ayda BOKT-ların işçilərinin sayı 111 nəfər artması deməkdir.
Ötən ilin müvafiq dövründə isə BOKT-larda çalışan işçilərin sayı 2 043 nəfər olub. Belə ki, illik müqayisədə BOKT işçilərinin sayı 192 nəfər və ya 9.4% artıb.