31.03.2023-cü il tarixində Bank Olmayan Kredit Təşkilatı “İnternational” ASC-də növbədənkənar ümumi yığıncaq keçirəcəkdir.
“İnternational” BOKT-un İdarə Heyəti dəyişdirilib – TƏYİNATLAR
FED.az xəbər verir ki, gündəlikdə duran məsələlər aşağıdakılardır:
1. Nizamnamə kapitalının artırılması ilə bağlı səhmlərin buraxılışı;
2. İstiqraz buraxılışı;
3. Digər məsələlər.
Yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev küçəsi, 86A. ünvanında keçiriləcəkdir.
Qeyd edək ki, ötən ilin sonunda "Bank Olmayan Kredit Təşkilatı İnternational" QSC təşkilati-hüquqi formasını dəyişərək qapalı səhmdar cəmiyyətindən (QSC) açıq səhmdar cəmiyyətinə (ASC) çevrildiyini elan edib.
2013-cü ildən fəaliyyət göstərən "BOKT İnternational" 5 milyon manat nizamnamə kapitalına malikdir. Təşkilatın 100% payçısı Həsənov Rifat Vaqif oğlu (Müşahidə Şurasının sədri), İdarə Heyətinin sədri isə Həsənov Nicat Vaqif oğludur.