Qarşıdan gələn 28 may Müstəqillik Günü münasibəti ilə “REGİONAL” Bank Olmayan Kredit Təşkilatı öz müştərilərinə endirimli və komissiyasız kredit kampaniyasından faydalanmağı təklif edir.
FED.az xəbər verir ki, kampaniya 26 may tarixindən başlayaraq iki iş həftəsi davam edəcəkdir. Bu dövr ərzində bütün müştərilər kreditləri heç bir komissiya ödəmədən əldə edəcəklər. Eyni zamanda kredit müraciətindən asılı olaraq, müştərilərə illik kredit faizinin 8 faizinədək endirimdən faydalanmaq imkanı yaradılacaqdır. Kampaniya təminatlı və təminatsız kredit məhsullarını əhatə edəcəkdir.
«REGİONAL» Bank Olmayan Kredit Təşkilatı 2014-cü ildə təsis edilmişdir və Azərbaycan Respublikası Mərkəzi Bankının lisenziyası əsasında fəaliyyət göstərir. Şirkət mikrokreditlərin, istehlak, lombard və digər kreditlərin verilməsi, habelə “Bank Olmayan Kredit Təşkilatları haqqında” Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə qanunvericiliyə müvafiq qaydada məşğul olur.
Bu fürsətdən istifadə etmək istəyənlər təşkilatın Bakı, Sumqayıt, Ağdaş və Astara ofislərinə müraciət edə bilərlər. Həmin ofislər bütün bayram və şənbə günlərində müştərilərə xidmət göstərəcəklər.
Əlaqə üçün telefon: +994 50 261 22 56 (Bakı)
+994 10 265 08 35 (Sumqayıt)
+994 50 235 81 55 (Ağdaş)
+994 10 253 35 03 (Astara)
instagram: Instagram
facebook: Facebook