Bakıda daha bir kredit təşkilatı “Puldeks Bank Olmayan Kredit Təşkilatı” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.
Azərbaycanda yeni - BOKT YARADILIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, BOKT Bakı şəhəri Yasamal rayonu, Moskva prospekti ev.73A ünvanında dövlət qeydiyyatına alınıb.
BOKT-un nizamnamə kapitalı 300 000 manatdır – bu AMB tərəfindən lisenziya əldə etmək üçün tələb edilən minimal məbləğdir.
“Puldeks BOKT”un direktoru Quluzadə Cahid Zöhrab oğludur. Onun müşahidə şurasının üzvləri Qurbanov Turan Qurban oğlu, Quluzadə Orxan Ülvi oğlu və İsmayılov Kənan Yusif oğlu adlı şəxslərdən ibarətdir.
Bununla da son bir ayda yaradılmış bank olmayan kredit təşkilatlarının sayı üçə yüksəlib.
Azərbaycanda BOKT-lərə lisenziyanı Azərbaycan Mərkəzi Bankı təqdim edir. Cari ildə bir neçə bank olmayan kredit təşkilatı təsis edilsə də Mərkəzi Bank onlara hələ ki, kredit bazarında qanunla iştirak üçün çıxış imkanını təmin edən lisenziyanı təqdim etməyib. Sonuncu dəfə bu lisenziya 26 dekabr 2022-ci il tarixində “SF Azerbaijan BOKT” MMC-yə bu lisenziya təqdim edilib.
Əksinə, 2022-ci ildə BOKT-lərdən biri bu lisenziyadan məhrum oldu.