İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Caspian Finance" MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb.
Füzulidəki kredit ittifaqının sədri - DƏYİŞİB
FED.az bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, yeni BOKT-un hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, ev 15, mənzil 42, nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun - 300 min manat, qanuni təmsilçisi isə Samir Xangiz oğlu İsgəndərovdur.
O, vaxtilə "Embafinans" QSC BOKT-un İdarə Heyətinin sədri olub, hazırda isə "Optimal Finance" MMC BOKT-un Müşahidə Şurasının sədridir. (Report)