"Azmikroinvest" MMC bank olmayan kredit təşkilatının 50%-lik təsisçisi Elsevər Alıyev payını satıb.
FED.az Vergilər Nazirliyinə istinadən xəbər verir ki, onun payını BOKT-un digər 50%-lik təsisçisi İlqar Əhmədzadə alıb.
Bundan başqa, "Azmikroinvest"in yeganə təsisçisi onun nizamnamə kapitalını 100 min manat və yaxud 10% artıraraq 1 milyon manatdan 1,1 milyon manata çatdırıb. (Renkinq)