“Azmikroinvest” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2021-ci ili 100,8 min manat xalis mənfəətlə başa vurub.
Eləcə də bax: BOKT “International” mənfəət - AÇIQLADI
FED.az BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 33,9% azdır.
Ötən il “Azmikroinvest”in vergiyə qədərki mənfəəti 126 min (əvvəlki ilə nisbətən 34,6% az), mənfəət vergisi ödəmələri isə 25 min manat təşkil edib.
Bu il yanvarın 1-nə “Azmikroinvest”in aktivləri 1,734 milyon manat olub ki, bu da illik müqayisədə 7,2% çoxdur. Bunun 1,2 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə BOKT-un kredit portfeli 19,2% kiçilib.
Hesabat dövründə, “Azmikroinvest”in öhdəlikləri 67% azalaraq 33,4 min manata düşüb, balans kapitalı isə 12,3 % artaraq 1,7 milyon manata çatıb. (Apa)