Azərbaycandakı kredit ittifaqları bu ilin I yarısını 300 min manat xalis zərərlə başa vurub.
Eləcə də bax: Azərbaycanda daha bir kredit ittifaqının lisenziyası - LƏĞV EDİLDİ
FED.az xəbər verir ki, 6 ay ərzində kredit ittifaqlarının faiz gəlirləri 1,1 milyon manat, faiz xərcləri 30 min manat, qeyri-faiz gəlirləri 200 min manat, qeyri-faiz xərcləri 500 min manat olub.
Xüsusi ehtiyatlara ayırmaları isə 1,1 milyon manat təşkil edib.
Bu il iyulun 1-nə kredit ittifaqlarının aktivləri 15,8 milyon manat olub. Kredit ittifaqları 2020-ci ilin ilk 6 ayı ərzində 14,1 milyon manat müştərilərə kredit verib.
Hesabat tarixinə kredit ittifaqlarının öhdəlikləri 6 milyon manat, o cümlədən aldıqları kreditlər 5,9 milyon manat, balans kapitalı isə 9,8 milyon manat, o cümlədən nizamnamə kapitalı 8,3 milyon manat təşkil edib.