Azərbaycanda ötən il noyabrın 1-də yaradılmış və hələ ki, lisenziyası olmayan "Azkredit" MMC bank olmayan kredit təşkilatına (BOKT) yeni direktor təyin edilib.
Eləcə də bax: Azərbaycanda BOKT rəhbəri - İŞDƏN AZAD EDİLİB
FED.az xəbər verir ki, bu, Ceyhun Əliyevdir.
O, direktor vəzifəsində Anar Şahbazovu əvəz edib.
Xatırladaq ki, "Azkredit" ləğv prosesində olan “Vijn Fond Azərkredit” MMC BOKT-un bazasında, 300 min manat nizamnamə kapitalı ilə yaradılıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Mirzə Xəlil Şərifli küçəsi, ev 1, mənzil 34-dür. (Report)