2013-cü ildə yaradılan “Kəpəz Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını 815 000 manata çatdırıb.
Eləcə də bax: İki şəxsə məxsus BOKT-un nizamnamə kapitalı - 67% ARTIRILDI
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bununla da son əməliyyatla “Kəpəz BOKT” MMC-nin nizamnamə kapitalı 255 000 manat, yaxud 45.5% artırılmış olur.
BOKT-un nizamnamə kapitalı sonuncu dəfə 2019-cu ilin iyulunda 260 min manat və yaxud 86.7% artıraraq 300 min manatdan 560 min manata çatdırıb.
“Kəpəz BOKT” 2020-ci ili 178 997 manat xalis mənfəətlə başa vurub. Hesabat ilində BOKT-un aktivləri 9.1% artaraq 3 104 198 manata yüksəlib. Aktivlərini 2 784 031 manatı müştərilərə verilmiş kreditlər təşkil edib.