Azərbaycanda bank olmayan kredit təşkilatı “Molbulak” (BOKT) 51%-lə kredit verir.
FED.az xəbər verir ki, BOKT illik 49,9%- kredit təklif edir.
Bundan başqa BOKT müştəridən kreditdən istifadəyə görə əlavə olaraq aqro və istehlak kreditlərində kreditin 2%-ni, mikro biznes kreditlərində isə 1% tutur.
Eləcə də bax:Daha bir BOKT istiqraz buraxmağa hazırlaşır – AÇIQLAMA
Kredit yalnız manatla təklif edilir. Kreditin məbləği 200 manatdan 3 min manatadəkdir. Kreditlər 3 aydan 24 aya qədər təklif olunur.
200 manatdan 1000 manatadək olan kreditlər zaminsiz və ailə üzvünün razılığı tələb olunmadan verilir. Məbləği 1001 manatdan 2000 manatadək olan kreditlər zaminsiz, ancaq bir ailə üzvünün yazılı razılığı ilə verilir (kredit işçisi öz arzusu əsasında zamini cəlb edə bilər). Məbləği 2001 manatdan 3000 manatadək olan kreditlər 1 (bir) zamin və ya girovla verilir.
Eləcə də bax:Azərbaycanda ən baha və ən ucuz - KREDİT VERİLƏN BÖLGƏLƏR – SİYAHI, FAİZLƏR
BOKT biznes krediti üçün əsasan kreditləri mal-qara alışı,mal-qara üçün yem alışı,torpaq sahəsinin əkinə hazırlanması,məhsulun biçini, gübrə alışı və digər məqsədlər üçün verilir.
BOKT-un verdiyi kreditlərin faktiki illik faiz dərəcəsi 49,53%-lə 51,1% arasında dəyişir.
“Molbulak” kreditlərin verilməsində əsas tələbləri müştərinin Azərbaycan Respublikasının vətəndaşı olması, yaş həddi 21 yaşdan 70 yaşadək olmalı, şəxsiyyət vəsiqəsi və digər sənədləri olmalıdır.