Azərbaycanda daha bir yeni BOKT yaradıldı.
Eləcə də bax: Azərbaycanda BOKT-ların qanunvericiliyinə yenidən - Baxılacaq
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Finkapital Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti adı şirkət dövlət qeydiyyatına alınıb.
“FinKapital BOKT” 2021-ci ilin 1 iyulunda qeydiyyatdan keçib və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təsdiqlənib.
Bakı şəhəri Nəsimi rayonu, Nizami, ev 73, m. 17 hüquqi ünvanında qeydiyyata alınıb. Kredit təşkilatı AMB-nin BOKT-lar üçün qoyduğu minimal tələbdə olan 300 000 manat nizamnamə kapitalı ilə bazara daxil olur.
BOKT-un direktoru, yaxud İdarə Heyəti sədri Tural Bağırov Şamil oğlu olacaq.