“Optimal Finance” BOKT 2024-cü il üzrə maliyyə göstəricilərini açıqlayıb.
FED.az xəbər verir ki, təşkilat 2024-cü ili 25,2 min manat xalis mənfəət ilə başa vurub. BOKT 2023-cü ili 472,1 min manat xalis zərər ilə bağlamışdı. Gəlirləri artması "Optimal Finance" ötən ildən mənfəətə çıxmasını təmin edib.
Ötən il təşkilatın əsas əməliyyat gəlirləri təxminən 717,5 min manat olub. Bu göstərici 2023-cü illə müqayisədə 329,1min manat, yaxud 84,7% artıqdır.
Satışın maya dəyəri üzrə xərclər 61,5 min manat (2,7 dəfə) azalma ilə 34,7 min manata bərabər olub.
Beləliklə, kredit təşkilatının ümumi mənfəətinin həcmi 682,8 min manata bərabər olub. Bu da illik 390,6 min manat (2,3 dəfə) artımdır.
BOKT-nın inzibati xərcləri 102,5 min manat (13,5%) azalma ilə 657,6 min manata düşüb.
“Optimal Finance” BOKT 2024-cü ildə 1 milyon 229 min manat cəmi aktivlərə malik olub. Aktivlər illik müqayisədə 1 milyon 207 min manat (49,5%) azalıb.
Təşkilatın öhdəlikləri 1 milyon 232 min manat (7,8 dəfə) azalaraq 181 min manata düşüb.
Balans kapitalı 1 milyon 48 min manata bərabər olub. Bu da illik 26 min manat (2,5%) artım deməkdir.