“Viza Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin rəhbəri dəyişib.
Eləcə də bax: Bank əməkdaşı BOKT-un sədr müavini - Təyin Olundu
FED.az Banker.az-a istinadən xəbər verir ki, Həsən Mehdizadə Ceyhun oğlu vəzifəsindən azad edilib.
Onun yerinə Valeh Rüstəmov Vəli oğlu təyin edilib.
Qeyd edək ki, “VisaKredit” BOKT 2011-ci ildə yaradılıb və 1 470 000 manat nizamnamə kapitalına sahibdir.
Səhmlərinin 88.10%-i CEYHUN MEHDİZADƏ və 11.90%-i isə Yaşar Məmmədova məxsusdur.