Maliyyə Bazarlarına Nəzarət Palatası iki bank olmayan kredit təşkilatına (BOKT) - "MJ Financial Services" və "Acet Financial Technologies" şirkətlərinə lisenziya verib.
ELƏCƏ DƏ BAX : Palata iki BOKT-a lisenziya verdi – Bazarda yeni adlar
FED.az xəbər verir ki, təşkilatların nizamnamə kapitalının hər biri 300 min manatdır.
"MJ Financial Services" şirkətinə Mədət Rüstəmov, "Acet Financial Technologies" şirkətinə Xosrov Axundov rəhbərlik edir.
Beləliklə, Azərbaycanda BOKT-ların sayı 45-ə çatıb.
Qeyd edək ki, "MJ Financial Services" vergi orqanlarında bu il aprelin 15-də, "Acet Financial Technologies" isə 10 yanvar 2017-ci ildə qeydiyyata alınıb.
mənbə : trend.az