Azərbaycanın maliyyə təşkilatlarının müxtəlif göstəricilər üzrə renkinqlərinin dərc edilməsi layihəsi çərçivəsində FED.az ölkənin bank olmayan kredit təşkilatlarının - BOKT-ların nizamnamə kapitalının həcmi üzrə renkinqi təqdim edir.
Eləcə də bax: Azərbaycanda BOKT-ların - AKTİVLƏRİNİN HƏCMİ ÜZRƏ - RENKİNQİ – SİYAHI (2018)
FED.az-ın məlumatına görə, 4 BOKT-un nizamnamə kapitalı 10 milyan manatdan artıqdır. Ən böyük göstərici «ParaBOKT»dadır – 38,9 milyon manat. 9 BOKT-un nizamnamə kapitalı 1-8 milyon manat arasındadır.
3 BOKT 2019-cu ildən fəaliyyətə başladığına görə, gostəriciləri mövcud deyil. 5 BOKT – “Gold Finance”, “Union Kredit”, “City Finance”, “Ekofinance” və “FinTrend” isə 2018-ci il üzrə göstəricilərini gizlədir.