Azərbaycanda bank olmayan kredit təşkilatları (BOKT) müştərilərə banklarla müqayisədə daha çevik və sürətli kredit şərtləri təklif edir, bu da fərqli maliyyə ehtiyaclarını qarşılamağa imkan verir. Banklardan kredit əldə edə bilməyən şəxslər çoxu zaman BOKT-lara üz tuturlar.
Azərbaycanda BOKT-ları hansı auditor şirkətlər yoxlayır? - AUDİTORLAR, SİYAHI
FED.az xəbər verir ki, Azərbaycanın bank olmayan kredit təşkilatlarının (BOKT) təklif etdiyi kredit şərtləri müxtəliflik göstərir və bu təşkilatlar geniş məbləğ, faiz dərəcəsi və müddət təklif edirlər.
Ümumilikdə, BOKT-larda kredit məbləği 100 manatdan başlayır 150 000 manatadək davam edir. Faiz dərəcələrinə gəlincə, faizlər isə 15%-dən başlayaraq 40%-dən yüksək ola biləcək diapazonda dəyişir.
Kredit əldə edilən zaman illik faiz dərəcəsindən əlavə cuzi miqdarda komissiya xərci də qaçınılmazdır. Komissiya haqları da fərqli yanaşmalarla tətbiq olunur, bəzi BOKT-lar komissiyasız kredit təqdim edərkən, digərləri kredit məbləğinə əsasən müxtəlif komissiya faizləri tətbiq edir və komissiya faizi 0 – 5% aralığında dəyişə bilir.
BOKT-ların təklif etdiyi bu şərtlər müştərilərin fərqli ehtiyaclarına cavab verə biləcək geniş seçim imkanları yaradır. Bununla yanaşı, xatırladaq ki, faiz dərəcələri, komissiya ödənişləri və kredit müddətləri kimi şərtlər müştərinin maliyyə vəziyyəti, kredit tarixçəsi və risk səviyyəsinə uyğun olaraq fərqlənir.
BOKT-lar və kredit şərtləri haqqında daha detallı məlumat aşağıdakı cədvəldə :
S/n |
BOKT-lar |
Məbləğ |
Faiz dərəcəsi |
Komissiya |
Müddət (ay) |
1 |
“Azərbaycan Mikro-Kredit BOKT” ASC |
500 – 15 000 AZN |
16 – 36% |
3-5% |
1 - 60 |
2 |
BOKT "AzFinans" MMC |
Müştəri təlabatına uyğun |
35% |
- |
24 ayadək |
3 |
“ASET Maliyyə Texnologiyaları” BOKT MMC |
300 – 50 000 AZN |
20% |
- |
6-60 |
4 |
“AZİNVESTKREDİT BOKT” MMC |
50 000 AZN-ə qədər |
19-36% |
|
24 ayadək |
5 |
“Azmikroinvest BOKT” MMC |
500 -150 000 AZN |
20-24% |
- |
1-48 |
6 |
BOKT “EMBAFİNANS” QSC |
500 – 5 000 AZN |
27% |
- |
3-18 |
7 |
“BOKT İDK” MMC |
500 - 30 000 AZN |
36% |
- |
3-36 |
8 |
BOKT "Falcon Finance" MMC |
500 – 30 000 AZN |
18-30% |
1-5% |
3-36 |
9 |
"FinEx Kredit" BOKT ASC |
100 – 10 000 AZN |
30-42% |
1-3% |
6-36 |
10 |
MM “Finca Azerbaijan” QBKT |
500 – 5 000 AZN |
27%-dən başlayaraq |
- |
6-30 |
11 |
“FİNOKO” BOKT ASC |
300 – 50 000 AZN |
24%-30% |
- |
1 - 60 |
12 |
BOKT “İDEAL KREDİT” MMC |
100 – 100 000 AZN |
22-36% |
- |
3-60ay |
13 |
BOKT “İnkişaf üçün Maliyyə” MMC |
300 – 10 000 AZN |
23-29% |
2-3% |
36 ayadək |
14 |
”KredAqro” BOKT MMC |
10 000 – 100 000 AZN |
22 %-dən başlayaraq |
1% |
30 ayadək |
15 |
“PREMİER KREDİT BOKT” MMC |
500 – 5 000 AZN |
29% |
1% |
6 - 24 ay |
16 |
“TBC Kredit BOKT” MMC |
1 000 - 30 000 AZN |
18%-dən başlayaraq |
- |
3 - 36 |
17 |
“TCF” BOKT ASC |
300 - 20 000 AZN |
15 - 25% |
- |
3 – 24 |
18 |
BOKT “Viator Mikro Kredit Azərbaycan” MMC |
300 – 5 000 AZN |
28%-dən başlayaraq |
1% |
1 - 24 |
19 |
“Prior Credit BOKT” ASC |
1 000 – 20 000 AZ |
18%-dən başlayaraq |
|
36 ayadək |
20 |
BOKT “AZKREDİT” ASC |
600 – 30 000 AZN |
16 - 33 % |
0 - 2.8% |
3 - 48 |
21 |
“NAS PROJECT BOKT" ASC |
Razılaşma ilə |
25 - 35% |
- |
Razılaşma ilə |