22 sentyabr 2025-ci il tarixində, saat 17:00-da BOKT “İnternational” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Mustafa Kamal Atatürk, ev 12A ünvanında baş tutacaq.
Gündəlikdəki məsələlər:
1. “Bank Olmayan Kredit Təşkilatı “İnternational” ASC-nin təşkilati, o cümlədən, idarəetmə orqanlarına dair məsələlərin müzakirəsi;
2. Korporativ qiymətli kağzıalrın buraxılması.
Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlər üzrə materiallarla Bankın baş ofisində, həmçinin elektron qaydada müraciət etməklə tanış ola bilərlər.