"Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti balansındakı əmlakların satışına dair müsabiqə elan edib.
FED.az xəbər verir ki, Bank Olmayan Kredit Təşkilatı öz balansında olan bir sıra daşınmaz əmlakların müsabiqə yolu ilə satışını elan edib.
Satışa çıxarılan əmlaklar üzrə ilkin (start) qiymətlər və ünvanlar aşağıdakı kimidir:
1. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Baksol ərazisi, 1-ci döngə, 3-cü dalan, 12 — 431,8 kv.m fərdi yaşayış evi, torpaq sahəsi 0,01319 ha.
Əmlak yüklü deyil. Start qiymət: 259 min manat.
2. Bakı şəhəri, Xətai rayonu, 2944a məhəllə, Xudu Məmmədov küçəsi, A-1A — 1 790 kv.m qeyri-yaşayış binası (yarımçıq tikili), torpaq sahəsi 0,06206 ha.
Əmlak yüklü deyil. Start qiymət: 1 milyon 106 min manat.
3. İmişli rayonu — 2 ədəd əmlak kompleksi (8,5 ha ərazidə 21 675 kv.m və 1,23 ha ərazidə 12 054,9 kv.m tikililər) və ümumi 7,4 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri (quşçuluq kompleksi).
Əmlak yüklü deyil. Start qiymət: 8 milyon 74 min manat.
4. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 3-cü korpus, 65 — 121,6 kv.m qeyri-yaşayış sahəsi.
Start qiymət: 279 min 680 manat.
5. Eyni ünvanda 108,5 kv.m qeyri-yaşayış sahəsi.
Start qiymət: 260 min 400 manat.
6. Eyni ünvanda 112,0 kv.m qeyri-yaşayış sahəsi.
Start qiymət: 268 min 800 manat.
7. Eyni ünvanda 62,2 kv.m qeyri-yaşayış sahəsi.
Start qiymət: 149 min 280 manat.
8. Eyni ünvanda 34,0 kv.m qeyri-yaşayış sahəsi.
Start qiymət: 81 min 600 manat.
9. Eyni ünvanda 61,2 kv.m qeyri-yaşayış sahəsi.
Start qiymət: 146 min 880 manat.
10. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, giriş, 201C — 242,3 kv.m qeyri-yaşayış sahəsi.
Start qiymət: 557 min 290 manat.
11. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, giriş, 195X — 60,9 kv.m qeyri-yaşayış sahəsi.
Start qiymət: 146 min 160 manat.
12. Eyni küçədə giriş 197B — 214,8 kv.m qeyri-yaşayış sahəsi.
Start qiymət: 494 min 40 manat.
13. Eyni küçədə giriş 197A — 164,7 kv.m qeyri-yaşayış sahəsi.
Start qiymət: 378 min 810 manat.
14. Eyni küçədə giriş 195G — 244,1 kv.m qeyri-yaşayış sahəsi.
Start qiymət: 549 min 225 manat.
15. Eyni küçədə giriş 195H — 347,2 kv.m qeyri-yaşayış sahəsi.
Start qiymət: 746 min 480 manat.
16. Eyni küçədə giriş 199E — 48,5 kv.m qeyri-yaşayış sahəsi.
Start qiymət: 116 min 400 manat.
17. Eyni küçədə giriş 199C — 51,0 kv.m qeyri-yaşayış sahəsi.
Start qiymət: 122 min 400 manat.
18. Eyni küçədə giriş 199B — 61,7 kv.m qeyri-yaşayış sahəsi.
Start qiymət: 148 min 80 manat.
19. Eyni küçədə giriş 199D — 68,6 kv.m qeyri-yaşayış sahəsi.
Start qiymət: 164 min 640 manat.
Ərizələrin qəbulunun başlanma və bitmə tarixi: 19 noyabr 2025-ci il, saat 10:00 – 19 dekabr 2025-ci il saat 16:00.
Müsabiqə qalibinin müəyyən edilməsi tarixi və saatı: 24 dekabr 2025-ci il saat 16.00.
Müsabiqənin keçirildiyi ünvan: Azərbaycan Respublikası Maliyyə Nazirliyi, AZ-1022 Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 135.
Əmlakla, onun növü və parametrləri ilə bağlı sənədlərlə tanış olmaq qaydası və müddəti: 19 noyabr 2025-ci il tarixdən 19 dekabr 2025-ci il tarixədək, həftənin 3 və 5-ci günləri, “Aqrarkredit” QSC-nin baş ofisində, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 125 nömrəli ünvanda baxılmalıdır.
Əlaqələndirici şəxs: Şahin Seyidov. Telefon: 050-235-99-90.
İddiaçılar qarşısında irəli sürülən şərtlər
1. İddiaçı tərəfindən əmlakın elan olunan ilkin satış dəyərinin 0,5 faizi həcmində beh məbləği ödənilməlidir. Müsabiqənin qalibi hər hansı səbəbdən əmlakı almaqdan imtina etdiyi halda onun tərəfindən ödənilmiş beh məbləği geri qaytarılmır.
2. İddiaçılar tərəfindən təqdim edilmiş təklifdə əmlak üçün təklif olunan məbləğ aydın şəkildə rəqəmlə və Azərbaycan dilində sözlə yazılmalı, iddiaçılar və ya onların etibarnamə ilə nümayəndələri tərəfindən imzalanmalıdır. Sözlə rəqəm arasında fərq aşkar edildikdə, sözlə ifadə olunmuş yazı əsas götürülür. Təklif müsabiqənin keçirilməsi haqqında məlumatda göstərilən müddət ərzində imzalanmış (hüquqi şəxsdirsə, möhürlənmiş) qapalı zərfdə “Aqrarkredit” QSC-yə təqdim edilməlidir.
3. Bir iddiaçı müsabiqədə iştirak etmək üçün yalnız bir ərizə verə bilər. İddiaçı müsabiqə komissiyasına yazılı bildiriş verməklə ərizələrin qəbulu müddəti bitənədək ərizəsini geri götürə bilər.
4. Müsabiqə günü iddiaçı və ya onun etibarnamə ilə nümayəndəsi müsabiqədə iştirak etməlidir. Təqdim edilmiş zərflər iddiaçılar və ya onların etibarnamə ilə nümayəndəsinin iştirakı ilə açılır.
5. Müsabiqə zamanı əmlakın start qiymətindən ən yüksək qiymət təklif etmiş iddiaçı müsabiqənin qalibi elan olunur. İddiaçılar tərəfindən təqdim edilmiş təkliflər eyni məbləğ olduqda həmin iddiaçılar əmlak üçün təklif olunan məbləği göstərməklə yenidən təklif təqdim edirlər. Bu zaman da təklif məbləğləri eyni olduqda proses fərqli təklif olanadək davam etdirilir. Yenidən təklif verməkdən imtina edən iddiaçı müsabiqədə iştirak etmir.
6. Müsabiqənin qalibi əmlakın dəyərinin 30 (otuz) bank günü ərzində tam ödənilməsini təmin etmək barədə yazılı zəmanət verməlidir.
Tələb olunan sənədlər
Ərizə (forma “Aqrarkredit” QSC tərəfindən verilir)
Şəxsiyyəti təsdiq edən sənəd
Qiymət təklifi (qapalı zərfdə)
Behin ödənilməsini təsdiq edən qəbz
Etibarnamə (nümayəndə olduqda)
Qeyd: Hüquqi şəxslər üçün əlavə olaraq dövlət qeydiyyatı haqqında şəhadətnamə, nizamnamə və təmsilçi sənədi tələb olunur.
Beh ödənişi üçün bank rekvizitləri
Kod: 501587
VÖEN: 1300025711
SWIFT: ACJTAZ22
Ünvan: Bakı şəhəri, AZ1006, Qədirli küçəsi 125
M/h: AZ45NABZ0135010000000035944
H/h: AZ67ACJT45019192794010094401










