“Falcon Finance” MMC 400 min manat dəyərində yeni istiqraz buraxmağa hazırlaşır.
FED.az-ın BOKT-nun emissiya prospektinə istinadən xəbər verir.
İstiqrazların hər biri 1000 manatdır və sayə 400 ədəd təşkil edir.
İstiqrazları gəlirliliyi illik 15 faiz və müddəti 18 aylıqdır.Təklifin səbəbi emissiyadan əldə ediləcək vəsaitin cəmiyyətin gələcək fəaliyyətinin dəstəklənməsi, kredit portfelinin genişləndirilməsi, cəmiyyətin dayanıqlı müştəri bazasının qorunub saxlanılması, o cümlədən cəmiyyətdə iqtisadi inkişafa nail olmaq və və həmçinin kapital bazarlarında investisiya imkanlarının artmasıdır.