2024-cü ilin yekunlarına əsasən, Azərbaycanda fəaliyyət göstərən Bank Olmayan Kredit Təşkilatlarının (BOKT) aktivlərinin azalma dinamikası müşahidə olunan təşkilatlar da məlum olub.
- Azərbaycanda aktivlərin dinamikasına görə - BOKT-LARIN RENKİNQİ (2024)
- Azərbaycanda aktivləri kəskin böyüyən - 10 BOKT
FED.az xəbər verir ki, hesabat dövründə bəzi BOKT-ların aktivlərində ciddi geriləmə qeydə alınıb.
Siyahının bu hissəsində "FinEx Kredit" BOKT ASC 3,8% və ya 149 min manat azalma ilə yer alıb.
BOKT "Viator Mikro Kredit Azərbaycan" MMC-də azalma 5,3% və ya 465 min manat təşkil edib.
"TCF" BOKT ASC 7,6% və ya 1 milyon 293 min manat geriləmə ilə növbəti sırada qərarlaşıb. BOKT "Finans-İnvest" MMC-də isə azalma 13,9% və ya 183 min manat olub.
Digər təşkilatlardakı göstəricilər aşağıdakı kimidir:
"PAYONİX BOKT" MMC-də 15,8% və ya 205 min manat azalma qeydə alınıb. BOKT "AzFinans" MMC 18,8% və ya 73 min manat azalma ilə siyahıda yer alıb.
"FİNOKO" BOKT ASC-də azalma 29,9% və ya 9 milyon 971 min manat olub. "BOKT İDK" MMC 41,2% və ya 1 milyon 23 min manat azalma ilə sırada davam edir.
Siyahının son pillələrini "Azərbaycan Mikro-Kredit BOKT" ASC (48,7% və ya 8 milyon 768 min manat) və ən kəskin azalma ilə "Optimal Finance BOKT" MMC (49,5% və ya 1 milyon 207 min manat) tamamlayır.










