2024-cü ilin yekunlarına əsasən, Azərbaycanda fəaliyyət göstərən Bank Olmayan Kredit Təşkilatlarının (BOKT) aktivlərinin illik artım dinamikası açıqlanıb.
FED.az xəbər verir ki, hesabat dövründə bəzi təşkilatların aktivlərində kəskin artım müşahidə olunub.
Renkinqə “PARA” BOKT ASC başçılıq edir. Təşkilatın aktivləri ötən illə müqayisədə 8,3 dəfə və ya 16 milyon 404 min manat artıb.
İkinci yerdə BOKT “Caspian İnvest” MMC qərarlaşıb – burada artım 6,3 dəfə və ya 10 milyon 652 min manat olub.
BOKT "ASET Maliyyə Texnologiyaları" MMC 4,4 dəfə və ya 1 milyon 109 min manat artım tempi ilə üçüncü sırada yer alıb. “SF Azerbaijan” BOKT MMC-də isə artım 4,0 dəfə və ya 61 milyon 376 min manat təşkil edib və dördüncü olub.
Digər təşkilatlardakı göstəricilər aşağıdakı kimidir:
“FNC BOKT” QSC-də 3,6 dəfə və ya 30 milyon 955 min manat artım qeydə alınıb. “Caspian Finance BOKT” MMC 88,7% və ya 4 milyon 359 min manat artım göstəricisi ilə altıncı yerdə qərarlaşıb.
BOKT “KREDEX” QSC-də artım 80,9% və ya 5 milyon 475 min manat olub. “Azmikroinvest BOKT” MMC 72,9% və ya 926 min manat artımla siyahıda yer alıb.
Siyahının ilk onluğunu “AZİNVESTKREDİT BOKT” MMC (64,0% və ya 194 min manat) və BOKT “AZKREDİT” ASC (55,0% və ya 1 milyon 135 min manat) tamamlayır.










