2023-cü il ərzində Azərbaycanda Bank Olmayan Kredit Təşkilatlarının (BOKT) aktivləri sahəsində nəzərəçarpan dəyişikliklər baş verib. Ötən il bəzi təşkilatlar aktivlərini əhəmiyyətli dərəcədə artıraraq sektorda ön sıralara yüksəlib. FED.az bu məqalədə, ən çox aktivi artan 10 BOKT-u təqdim edir.
Azərbaycanda aktivlərin dinamikası üzrə - BOKT-LARIN RENKİNQİ – SİYAHI (2022-2023)
Azərbaycanda aktivlərin həcmi üzrə - BOKT-LARIN RENKİNQİ – SİYAHI (2023)
Ən Çox Aktivi Artan 10 BOKT
2023-cü ildə aktiv artımı ilə seçilən BOKT-ların siyahısında "SF Azerbaijan" BOKT MMC liderlik edir. Bu BOKT-un aktivləri 2023-cü il ərzində 19,7 milyon manat artaraq, 148 dəfəlik əhəmiyyətli yüksəliş nümayiş etdirib. Onun aktivləri 2022-ci ildə cəmi 134 min manat olduğu halda, 2023-cü ildə bu rəqəm 19,9 milyon manata çatıb.
"FNC BOKT" QSC isə aktivlərini 11,4 milyon manat artıraraq 39,5 dəfə böyüməyə nail olub. 2022-ci ildə aktivləri 296 min manat olan bu təşkilatın 2023-cü ildə aktivləri 11,7 milyon manata yüksəlib.
"Caspian Finance BOKT" MMC 4,6 milyon manatlıq artımla üçüncü yeri tutur. 2022-ci ildə aktivləri 300 min manat olan şirkət 2023-cü ildə bu rəqəmi 16 dəfə artıraraq 4,9 milyon manata çatdırıb.
İlk onluqda yer alan digər BOKT-lar arasında aktivlərini dəfələrlə artırmağı bacaran daha 5 BOKT var : BOKT "AZPUL" MMC (5,44 dəfə), BOKT “Caspian İnvest” MMC (4,22 dəfə), “FinTrend” BOKT MMC (2,82 dəfə), “Azərbaycan Mikro-Kredit BOKT” ASC (2,11 dəfə) və “Birkart BOKT” MMC (2,02 dəfə).
İlk 10-luqda son 2 yeri tutan BOKT-lar isə aktivlərinin həcmini nə az, nə çox 90%-ə yaxın bir həcmdə artırıblar. Daha dəqiq desək 2023-cü ildə BOKT "Falcon Finance" MMC-nin aktivlərinin həcmi 80,65%, “REGİONAL” BOKT MMC-nin aktivlərinin həcmi isə 80,40% artıb.
Daha detallı aşağıdakı cədvəldə :
S/n |
BOKT-LAR |
Aktivlərin dinamikası (artıb-azalma) (min manatla) |
Aktivlərin dinamikası (artıb-azalma) (faizlə) |
1 |
“SF Azerbaijan” BOKT MMC |
+19 741 |
+148,0 dəfə |
2 |
“FNC BOKT" QSC |
+11 382 |
+39,5 dəfə |
3 |
“Caspian Finance BOKT” MMC |
+4 612 |
+16,4 dəfə |
4 |
BOKT "AZPUL" MMC |
+41 529 |
+5,44 dəfə |
5 |
BOKT “Caspian İnvest” MMC |
+1 584 |
+4,22 dəfə |
6 |
“FinTrend” BOKT MMC |
+34 356 |
+2,82 dəfə |
7 |
“Azərbaycan Mikro-Kredit BOKT” ASC |
+9 488 |
+2,11 dəfə |
8 |
“Birkart BOKT” MMC |
+31 614 |
+2,02 dəfə |
9 |
BOKT "Falcon Finance" MMC |
+2 763 |
+80,65% |
10 |
“REGİONAL” BOKT MMC |
+1 409 |
+80,40% |