Azərbaycanda fəaliyyət göstərən 56 bank olmayan kredit təşkilatından 29-nun bu il yanvarın 1-nə balans kapitalı illik müqayisədə çox olub.
Azərbaycan BOKT-ları I yarımildə 14 milyon manat - Xalis Mənfəət Əldə Edib
FED.az xəbər verir ki, bunlar “Prior Credit”, “MJ Financial Services”, “TCF”, “Kredex”, “PSG Finans”, “Azkredit”, “International”, “Birkart”, “İdeal Kredit”, “Falcon Finance”, “City Finance”, “Kəpəz”, “Optimal Finance”, “M Bulak”, “Regional”, “MCB”, “Brand Credit”, “Premier Kredit”, “Azmikroinvest”, “TBC Kredit”, “Avrasiya-Kredit”, “Qafqaz-Kredit”, “İnkişaf üçün maliyyə”, “Aqrarkredit”, “İDK”, “Embafinans”, “Viator Mikrokredit Azərbaycan”, “Asel Kredit” və “Effekinvest”dir. Ən yüksək dinamika “Prior Credit”də (8,6 dəfə), ən aşağı dinamika isə “Effektinvest”də (0,1%) qeydə alınıb.
9 BOKT-un – “FİNKA Azərbaycan”, “Kredit Servis”, “Merkuri”, “Azinvestkredit”, “Azərbaycan Mikro-Kredit”, “İcraçı Kredit Agentliyi”, “Kredaqro”, “Finoko” və “Finex Kredit”in balans kapitalı azalıb. Ən çox azalma “Finex Kredit”də (46,7%), ən az azalma isə “FİNKA Azərbaycan”da (0,4%) qeydə alınıb.
1 BOKT-un - “Aset Maliyyə Texnologiyaları”nın balans kapitalı dəyişməyib.
1 BOKT-un – “Para”nın balans kapitalının çatışmazlığı artıb.
1 BOKT-un – “Union Kredit”in balans kapitalı “Müsbət”dən “Mənfi”yə keçib, 1 BOKT-un – “Viza Kredit”in balans kapitalı isə “Mənfi”dən “Müsbət”ə keçib;
1 BOKT - “SF Azerbaijan” bazara bu il, 4 BOKT - “Azfinans”, “Finkapital”, “FNC” və “Nas Project” isə bazara ötən il daxil olub. 9 BOKT – “Azəri Star Mikromaliyyə”, “Azpul”, “Caspian Invest”, “Finans İnvest”, “Finans Kredit”, “Fintrend”, “Gold Finance”, “Omni Finance” və “Pro Kredit” balans kapitalının dinamikasını açıqlamayıb. (Renkinq)