2020-ci ilin ilk yarısında Azərbaycanda fəaliyyət göstərən 7 investisiya şirkətindən 6-nın dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə azalıb, yalnız 1 şirkətin dövriyyəsində artım olub.
FED.az xəbər verir ki, bu dövrdə əməliyyatlarının həcmi artan yeganə şirkət «BTB Kapital» olub. Ötən ilin eyni dövrü ilə müqayisədə artım həcmi 4 dəfə olub.
Ən böyük azalma ilə «İnvest-Az» şirkətində qeydə alınıb – 8 dəfə.