Azərbaycanda maliyyə sektorunda vəziyyət bir qədər sabitləşsə də, bir sıra bank olmayan kredit təşkilatlarında (BOKT) ciddi problemlər qalmaqdadır. Bu barədə FED.az-a Mikromaliyyə Assosiasiyasının icraçı direktoru Jalə Hacıyeva bildirib. Onun sözlərinə görə, hələlik BOKT-lar arasında öz fəaliyyətlərini rəsmi olaraq dayandıranlar olmasa da, (çünki onların lisenziyaları qüvvədədir – FED.az), vəziyyətləri yaxşı olmayan, ciddi problemləri olan təşkilatların sayı da kifayət qədərdir. Xatırladaq ki, hazırdp Azərbaycanda 47 BOKT lisenziyası aktivdir: «Onların arasında 10-15-inin vəziyyəti çox krtitikdir. Onların bu gün işləyib işləməməsi bazarda hiss olunmur. İndi onların bəziləri vəziyyətdən çıxmaq üçün investor axtarırlar».
Eləcə də bax: BOKT-lar Kredit Zəmanət Fondundan üzvlük istəyir
J.Hacıyevanın sözlərinə görə, bəzi BOKT-ların vəziyyəti o qədər kritikdir ki, hətta birləşmək belə onların problemlərini həll edə bilmir: «Onların əlində olan yeganə aktiv indiyədək verdikləri kreditləridir. Yəni onlar yalnız problemli kredit portfelini sata bilərlər, onları isə hələlik könüllü şəkildə almaq istəyən yoxdur».
Bu məsələ ətrafında gedən müzakirələr də əsasən problemli portfelin hansı qiymətə satılması ilə bağlıdır: «Bir qayda olaraq qarşı tərəf bunu ucuz almaq, satmaq istəyənlər isə baha satmağa çalışırlar. Ona görə də, hələlik bu danışıqlar nəticə vermirlər».
Azərbaycanda 10-15 BOKT-da vəziyyət kritikdir
09:00
27 Mart 2018