Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "FinKapital” MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.
Eləcə də bax: Azərbaycanda yeni - BOKT YARADILDI
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 55-ə çatıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Finkapital” MMC bank olmayan kredit təşkilatını (BOKT) sentyabrın 16-da dövlət qeydiyyatına alıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 73, mənzil 17, nizamnamə kapitalı bu növ kredit təşkilatları üçün müəyyən edilmiş tələbə uyğun – 300 min manat, qanuni təmsilçisi isə Tural Şamil oğlu Bağırovdur.
Sözügedən ünvanda həm də 100 manat nizamnamə kapitalı ilə “Finkapital Lizinq və Faktorinq” MMC qeydiyyatdan keçib. 2019-cu ildə yaradılmış bu şirkətin də qanuni təmsilçisi T.Bağırovdur.