Bu ilin I yarısında Azərbaycan kredit ittifaqlarının kredit portfeli 10,7 milyon manata bərabər olub.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına İstinadən xəbər verir.
Bu illik müqayisədə 400 min manat və ya 4% azdır.
Ötən ilin eyni dövründə kredit ittifaqlarının kredit portfeli 11,1 milyon manat idi.
Hesabat dövründə kredit ittifaqlarının cəmi kredit portfeli onların cəmi aktivlərinin 86,3%-ni təşkil edib.