2025-ci ilin oktyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının cəmi aktivləri 13 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir.
Kredit ittifaqlarının cəmi aktivləri ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 milyon manat, yəni 2,4%, ötən ilin sonuna nəzərən isə 0,4 milyon manat, yəni 3,2% artıb.
Aktivlərin əsas hissəsini təşkil edən xalis kredit portfeli 11,1 milyon manata çatıb. Bu, illik müqayisədə 0,2 milyon manat (1,8%) və ilin əvvəlinə nəzərən 0,5 milyon manat (4,7%) artım deməkdir.
Digər aktiv maddələrindən hesablanmış faizlər illik 0,1 milyon manat (10%) artaraq 1,1 milyon manat, digər aktivlər isə iki dəfə artaraq 0,2 milyon manat olub. Nağd vəsaitlər və müxbir hesablar isə illik 0,1 milyon manat (16,7%) azalaraq 0,5 milyon manata enib.
Xatırladaq ki, kredit ittifaqlarının cəmi aktivləri ötən ilin sonunda (31.12.2024) 12,6 milyon manat, 2024-cü ilin oktyabrın 1-nə isə 12,7 milyon manat təşkil edib.












