2025-cü ilin yanvar-martt aylarında Azərbaycan kredit ittifaqlarının cəmi aktivləri 12,5 milyon manata bərabər olub.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Akitvlər illik müqayisədə 0,1 milyon manat (0,8%) kiçilib.
Cəmi kredit portfeli 10,7 milyon manata bərabər olub.
Məlumata görə bu ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 milyon manat (2%) azalıb.
Ötən ilin eyni dövründə kredit ittifaqlarının kredit protfeli 10,9milyon manat idi.
Bundan başqa kredit ittifaqlarının digər aktivləri min manat (7,7%) artaraq 140 min manata çatıb.
Ccəmi öhdəliklər 0,7% (20,9%) azalaraq 2,7 milyon manata düşüb, balans kapitalı isə 0,6 milyon manat (6,5%) artaraq 9,8 milyon manata yüksəlib.
Boktların nizamnamə kapitalı 0,4% başqa sözlə 5,9% azalma ilə 7,1 milyon manata düşüb. Bölüşdürülməmiş xalis mənfəətin həcmi 1,1 milyon manat (62,9%) artım ilə 2,8 milyon manata yüksəlib.