Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) ötən ili 9,9 milyon manat xalis mənfəətlə başa vurub.
Eləcə də bax: "Kredit Servis" BOKT nizamnamə - Kapitalını Azaldıb
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, əvvəlki ilə nisbətən 33,1% azdır.
2020-ci ildə BOKT-ların gəlirləri 78,2 milyon manat (illik müqayisədə 14,7% çox), xərcləri 53,8 milyon manat (3,3% çox), xüsusi ehtiyatlara ayırmaları 10,8 milyon manat (1 il bundan əvvəl qənaət ediblər), mənfəət vergisi ödəmələri isə 3,8 milyon manat (40,7% çox) təşkil edib.
Bu il yanvarın 1-nə BOKT-ların aktivləri 316,3 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,7% çoxdur. Bunun 224,1 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə sektorun kredit portfeli 6% kiçilib.
Hesabat dövründə BOKT-ların öhdəlikləri 13,2% azalaraq 174,9 milyon manata düşüb, balans kapitalı isə 0,15% artaraq 141,4 milyon manata çatıb. (Report)