2023-cü ilin oktyabrın 1-nə Azərbaycan BOKT-larının xalis mənfəəti 59 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,3 milyon manat və ya 2,5 dəfə çoxdur.
Qeyd edək ki, 2022-ci ilin oktyabrın 1-nə Azərbaycan BOKT-larının xalis mənfəəti 23,7 milyon manat olub.