2023-cü ilin oktyabrın 1-nə Azərbaycan BOKT-larının xalis faiz gəlirləri 112,5 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 55,8 milyon manat və ya 98,3% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin oktyabrın 1-nə Azərbaycan BOKT-larının xalis faiz gəlirləri 56,7 milyon manat olub.