2023-cü ilin oktyabrın 1-nə Azərbaycan BOKT-larının qeyri-faiz xərcləri 56,8 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,2 milyon manat və ya 33,3% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin oktyabrın 1-nə Azərbaycan BOKT-larının qeyri-faiz xərcləri 42,6 milyon manat olub.