Bu ilin I rübündə Azərbaycan BOKT-larının öhdəlikləri 517,1 milyon manata bərabər olub.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Öhdəliklər son bir il ərzində 55,2 milyon manat və ya 12% artıb.
Öhdəliklərin 239,5 milyon manatı cəlb edilmiş vəsaitlərin payına düşüb ki, bunun da 163,7 milyon manatı bankların kreditləri, 75,8 milyon manatı isə digər maliyyə insitutlarının kreditləri üzrə öhdəliklərdir.
İllik müqayisə ilə cəlb edilmiş vəsaitlər 48 milyon manat (25%), bankların kreditləri üzrə öhdəliklər 34,3 milyon manat (27%), digər maliyyə insitutlarının kreditləri üzrə öhdəliklər isə 13,7 milyon manat (22%) artıb.
Qiymətli kağızlar üzrə öhdəliklər 2,5 milyon manat (4%) artaraq 61,6 milyon manata bərabər olub, mərkəzi idarəetmə orqanlarının vəsaitləri 16,4 milyon manat (2,6 dəfə) azalaraq 10,2 milyon manata düşüb.
Hesabat dövründə BOKT-ların digər öhdəlikləri 21,1 milyon manat və ya 11% artaraq 205,8 milyon manata yüksəlib.