2025-ci ildə Azərbaycan BOKT-larının cəmi aktivləri 938,9 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bnakına istinadən xəbər verir.
Aktivlər son bir il ərzində 115,6 milyon manat və ya 14% böyüyüb.
Aktivlərin 4,6 milyon manatını nağd vəsaitlər, 41,5 milyon manatını cari hesablar, 7,1 milyon manatını banklara yerləşdirilmiş müdətli depozitlər, 99,4 milyon manatını investisiyalar, 813 milyon manatını kredit portfeli, 1,9 milyon manatını maliyyə insitutlarına kreditlər, 23,1 milyon manatını əsas vəsaitlər, 4,7 milyon manatını qeyri maddi aktivlər, 104,5 milyon manatını məqsədli ehtiyatlar çıxılmaqla digər aktivlər təşkil edib.
İllik müqayisədə nağd vəsaitlər 2,5 milyon manat (2,2 dəf), cari hesablar 1,1 milyon manat (3%), banklarda yerləşdirilmiş müddətli depozitlər 1,1 milyon manat (18%), investisiyalar 16,2 milyon manat (19%), kredit portfeli 180,5 milyon manat (29%), əsas vəsaitlər 1,3 milyon manat (6%), qeyri-maddi aktivlər 1,8 milyon manat (63%), digər aktivlər isə 24,7 milyon manatı (31%) artıb.