2023-cü ilin oktyabrın 1-nə Azərbaycan BOKT-larının aktivləri 682,2 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 203,9 milyon manat və ya 42,6% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin oktyabrın 1-nə Azərbaycan BOKT-larının aktivləri 478,3 milyon manat olub.