Müxtəlif səbəblərə görə banklardan kredit ala bilməyən vətəndaşlar bank olmayan kredit təşkilatlarına üz tuturlar.
«YELO LİGHT», «ATB CARD», «My CARD STANDARD» - Hansı daha sərfəlidir? – MÜQAYİSƏ
FED.az xəbər verir ki, burada vətəndaşları yüksək faizli və ağır şərtlərlə lombard kreditləri gözləyir.
Bank olmayan kredit təşkilatının BOKT-ların - lombard kreditlərinin şərtləri fərqlidir.
Lombard krediti girov kimi qiymətli əşyalara əsaslanan kredit növüdür. Bu kredit növü ənənəvi bank sistemindən fərqli şərtlər təqdim edir – əsas girov predmeti isə qızıldır.
BOKT-ların lombard kreditlərinin şərtləri çox yükəkdir – burada 30-dan aşağı illik faiz dərəcəsi nadir haldır. Bəzi BOKT-larda bu dərəcə 48%-ə kimi yüksəlir.
Qızıl girovu ilə bağlı tələblər də fərqlidir. Bəzi BOKT-larda qızıl girovu kreditin cəmi 70%-i həcmində tələb olunsa da, digərləridə kreditin 3 qat dəyəri həcmdə qızıl tələb olunur.
FED.az BOKT-ların lombard krediti üzrə şərtləri haqqında araşdırma aparıb.
Daha detallı aşağıda təqdim etdiyimiz cədvəldə:
BOKTLAR |
İllik faiz dərəcəsi (%) |
Girov qismində tələb olunub qızıl-zinət əşyalarınin dəyərləndirilməsi (%) |
Məbləğ
|
Müddət |
Azkredit
|
27-33% |
Qızılın dəyərinin 200%-i həcmində kredit ayrılır. |
600 – 30 000 |
3-48 |
Kəpəz
|
30-32% |
Qızılın dəyərinin 90%-i həcmində kredit ayrılır. |
300 – 100 000 |
1-36 |
İdeal Kredit
|
24-48% |
Qızılın dəyərinin 100%-i həcmində kredit ayrılır. |
1 000 – 200 000 |
3-36 |
Finoko Kredit
|
28 -30% |
Qızılın dəyərinin 120%-i həcmində kredit ayrılır. |
200 – 20 000 |
1- 48 |
Caspian İnvest |
24-36% |
Qızılın dəyərinin 70-80%-i həcmində kredit ayrılır. |
300 - 100 000 |
1 -36 |
Merkuri Bokt |
40-42% |
Qızılın dəyərinin 70%-i həcmində kredit ayrılır. |
Məbləğdə sərhədlər müəyyən olunmayıb. Qızılın dəyərindən asılı olaraq kredit təklif edilir. |
3-36 |
Azərbaycan Mikro Kredit |
30-48% |
Qızılın dəyərinin 100%-i həcmində kredit ayrılır. |
100 – 30 000 |
1-36 |
Finex Kredit |
32-42% |
Qızılın dəyərinin 100%-i həcmində kredit ayrılır. |
100 – 100 000 |
3-36 |
Brand Kredit |
21-39% |
Qızılın dəyərinin 200%-i həcmində kredit ayrılır. |
300 – 500 000 |
3-36 |
Effektinvest
|
26-36% |
Qızılın dəyərinin 120%-i həcmində kredit ayrılır. |
300 – 50 000 |
3-36 |
İnternational |
36% |
Qızılın dəyərinin 300%-i həcmində kredit ayrılır. |
200 – 500 000 |
6-36 |
Regional |
33% |
Qızılın dəyərinin 200%-i həcmində kredit ayrılır. |
300-5 000 |
3-36 |