“Asel Kredit” bank olmayan kredit təşkilatı (BOKT) MMC ötən il üzrə maliyyə vəziyyətini açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı şirkətin hesabatına istinadən xəbər verir ki, ötən il kredit təşkilatının əməliyyat gəlirlərinin həcmi 8 milyon 786 min manat olub. Bu, 2024-cü illə müqayisədə 3 milyon 914 min manat və ya 80,3% artım deməkdir. Müştərilərə verilmiş kreditlər üzrə gəlirlər 4 milyon manat (1 milyon 233 min manat / 44,6% çox), müştərilərə verilmiş kreditlərdən daxil olan komissiya haqqları üzrə gəlirlər 4 milyon 786 min manat (2 milyon 681 min manat / 2,3 dəfə çox) olub.
Ötən il şirkətin faiz xərclərinin həcmi 1 milyon 671 min manat, qeyri-faiz xərclərinin həcmi 9 milyon 194 min manat təşkil edib.
Hesabat dövrünün sonunda şirkətin aktivlərinin həcmi 19 milyon 209 min manat olub. Bu əvvəlki illə müqayisədə 8,2 milyon manat və ya 74,5% artım deməkdir.
Xatırladaq ki, 2024-cü ilin sonunda BOKT-un aktivlərinin həcmi 11 milyon 9 min manat olmuşdu.
Aktivlərinin artmasının əsas səbəbi kredit portfelinin kəskin artması ilə bağlı olub. Belə ki, kredit portfeli bir ildə 11 milyon 424 min manat (3,7 dəfə) artaraq 15,6 milyon manata yüksəlib.
2025-ci ilin sonunda kredit təşkilatının öhdəliklərinin həcmi 16 milyon 251 min manat təşkil edib.
Nəticədə “Asel Kredit”un cəmi kapitalının dəyəri 2 milyon 957 min manat təşkil edib.










![“Asel Kredit” BOKT ötən il aktivlərini – 75% ARTIRIB - [red]HESABAT[/red] | FED.az](upload/news/small/126940.jpg)
![“Asel Kredit” BOKT ötən il aktivlərini – 75% ARTIRIB - [red]HESABAT[/red] | FED.az](upload/news/small/4003386.jpg)
![“Asel Kredit” BOKT ötən il aktivlərini – 75% ARTIRIB - [red]HESABAT[/red] | FED.az](upload/news/small/790962.jpg)
![“Asel Kredit” BOKT ötən il aktivlərini – 75% ARTIRIB - [red]HESABAT[/red] | FED.az](upload/news/small/4582132.jpg)
![“Asel Kredit” BOKT ötən il aktivlərini – 75% ARTIRIB - [red]HESABAT[/red] | FED.az](upload/news/small/4554601.jpg)
![“Asel Kredit” BOKT ötən il aktivlərini – 75% ARTIRIB - [red]HESABAT[/red] | FED.az](upload/news/small/2722882.jpg)









